RU

Terimin komandası artıq qələbələri sıralayır

Fatih Terim yavaş-yavaş komandasını dirçəltməyə başlayıb.

''Football-plus.az'' xəbər verir ki, ''İmperator''un dekabrdan bu yana çalışdırdığı ''Əl-Şabab'' ilk vaxtlar çox qeyri-sabit oynasa da, son oyunlarda nəticələr düzəlib.

Dünən Səudiyyə Ərəbistanı çempionatında 23-cü tura 3 qarşılaşma ilə start verildi. Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəssr'', eləcə də son çempion ''Əl-Hilal'' uduzduğu halda ''Əl-Şabab'' fanatlarını sevindirməyi bacardı. Ər-Riyad təmsilçisi öz meydanında ''Damak''ın müqavimətini ikinci hissədə vurduğu qollarla qırdı.

Ötən tur iki qol vurmaqla qəhrəmana çevrilən argentinalı Kristian Quanka 61-ci dəqiqədə fərqlənməklə bu oyunda da qələbənin əsasını qoydu. Yekun nəticəni isə Məhəmməd Əl-Şvirek müəyyənləşdirdi. Beləliklə, ''Əl-Şabab'' Terimin dönəmində ilk dəfə iki oyunluq qələbə seriyası yaxalamış oldu.

Ümumilikdə komanda bu məşqçi ilə keçirdiyi 11-ci rəsmi oyunda 6-cı qələbəsini qazandı. 5-ci pillə ilə aradakı xal fərqi böyük olduğuna görə heç cür 6-cı pillədən yuxarı qalxa bilməyən ''Əl-Şabab'' növbəti tur martın 7-də Ronaldolu ''Əl-Nəssr''in qonağı olacaq.

ƏLİ

Избранный
73
football-plus.az

1Источники