NÜVƏ TEXNOLOGİYASI İLƏ HAZIRLANIB
Nüvə texnologiyasından istifadə edilməklə yaradılmış və xərçəngin müalicəsi üçün nəzərdə tutulmuş qurğu təqdim edilib. İranda keçirilən III Xəzər İqatisadi Forumunda Xəzəryanı ölkələrin baş nazirləri cihazın iş prinsipi ilə tanış olub. Azərbaycanın Baş Naziri Əli Əsədov da forumda iştirak edib.
İranın Parto Negar Persia Şirkəti tərəfindən istehsal olunan GammaPen qurğusu mobil sistemlə idarə olunur və kabelsiz istifadə edilir.
İnnovativ cihaz bluetooth bağlantısını dəstəkləyir, buna görə məlumatları bir çox gadjetə qoşmaq mümküdür.
Xərçəng müayinə və müalicəsində yeni mərhələ yaradacağı güman olunan GammaPen cihazı ilin sonundan etibarən ictimaiyyətin ixtiyarına veriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта