RU

ASCO-nun "RoPax" tipli “Azərbaycan” gəmi-bərəsi ilə daşıma göstəriciləri açıqlanıb

Bakı.Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-in "RoPax" tipli“Azərbaycan” gəmi-bərəsi ilı daşıma göstəriciləri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Qeyd edilib ki, Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi 1mart 2021-ci ildən indiyədək ötən dövrdə bu gəmi-bərə ilə 1214vaqon, 23883 yük maşını, 3844 minik avtomobili, 23739 sərnişindaşınıb.

“Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7, bortununhündürlüyü isə 7,5 metrdir. Ha­zırda yükgötürmə qabiliyyətinə görəXəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin,56 sis­tern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaqimkanına malikdir.

Qeyd edək ki, unikal dizayna malik bu gəmi-bərə “Baird Maritime”tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nınhazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021)siyahısında isə dünya üzrə 50 gəmidən biri olub.

Избранный
35
2
az.trend.az

4Источники