RU

Qidalanma mövzularında “TİKTOK”a etibar etmək olar mı?

TƏDQİQAT
Yeni tədqiqat TikTok alqoritminin qidalanma ilə bağlı cəlbedici, lakin çaşdırıcı məsləhətlərini izləyib. Araşdırma “Nutrients” jurnalında dərc olunub.
Avstraliyanın Sidney Universitetinin mütəxəssisləri, məşhur sosial media platformasında qidalanma mövzularına həsr olunmuş paylaşımların effektivliyini qiymətləndirərək, 2023-cü ilin sentyabrından 2024-cü ilin martına qədər sosial şəbəkəyə yüklənmiş qidalanma paylaşımlarının “hashtag”, yəni işarələmə nisbətlərini, yayılmasını və xüsusiyyətlərini araşdırıb. Yoxlama prosesində 1 054 müvafiq post müəyyən edilib, onlardan 250-si təhlil üçün təsadüfi seçilib. Tədqiqat qrupu bu postların neçə dəfə bəyənildiyinə, şərh edildiyinə, paylaşıldığına və ya saxlandığına, eləcə də əlaqəli məzmun yaradıcılarının izləyicilərinin sayına baxaraq məlumat toplayıb. Nəticələr göstərib ki, TikTok platforması, kontentin dəqiqliyindən daha çox, yüksək iştirak səviyyəsinə və ya “virallığa” üstünlük verir ki, bu da gənclərin qidalanma və sağlamlıq davranışlarına ciddi mənfi təsir göstərə biləcək yanlış məlumatların yayılmasına səbəb olur.

Избранный
42
medicalmedia.az

1Источники