Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar fevralın 28-i saat 20:00 radələrindən indiyədək 17 nəfərin müraciət edib.
Bu barədə Sitat.info-ya TƏBİB-dən bildirib.
Məlumata əsasən müraciət edənlərdən 9-u qadın, 8-i kişidir. Onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Üç nəfərin isə tibbi xidmətdən imtinası qeydə alınıb.