RU

ABŞ Ukraynaya ayırdığı bu yardımı dayandırır - Rusiyaya açıq mesaj

ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) mənbələri Ağ Evin Ukraynanın enerji şəbəkəsinin bərpasına verdiyi dəstəyin dayandırıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

İki USAID rəsmisinə istinadən verilən məlumata görə, ABŞ Rusiya ordusunun hücumlarından təsirlənən Ukraynanın enerji şəbəkəsinin bərpası üçün ayırdığı 100 milyon dollarlıq investisiyanı dayandırıb.

“Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədir və Rusiyaya Ukraynaya və ya keçmiş sərmayələrimizə əhəmiyyət vermədiyimiz barədə aydın mesaj verir”, - deyə məlumatda qeyd olunub.

Rəsmilərin sözlərinə görə, Rusiya Ukraynada həm hərbi, həm də iqtisadi cəhətdən ikitərəfli müharibə aparır:

Избранный
77
6
publika.az

8Источники