RU

İsraili təhdid etdilər: "Bu addımı atsanız, Təl-Əvivi vuracağıq"

Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdül-Malik əl-Husi İsraili hədələyib.

Publika.az xəbər verir ki, o, Ramazan bayramı münasibətilə mediaya açıqlama verib.

Əl-Husi Fələstinlə həmrəy olduqlarını bəyan edib: “HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları başda olmaqla Fələstin müqavimət qruplarında Fələstin xalqı və mücahid qardaşlarımızı dəstəkləmək üçün mövqeyimizin qətiyyətini və dini, humanitar və mənəvi bağlılığımızı vurğulayırıq”.

O, İsrailin Qəzza zolağında əldə edilən atəşkəsdən yayınmağa çalışdığını vurğulayıb: "Müharibə Qəzzaya geri dönərsə, düşmən İsrail rejiminin bütün bölgələrinə və xüsusilə işğal altındakı Tel-Əvivə də atəş açacağıq".

Lider, həmçinin İsraili “müxtəlif vasitələrlə hərbi müdaxiləyə qayıtmaqla” hədələyib.

Избранный
24
publika.az

1Источники