RU

Tuncer Bakırhan: "Öcalanın çağırışından sonra Baxçalı..."

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədri Tuncer Bakırhan diqqətçəkən açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, o, PKK lideri Abdullah Öcalanın terrorçuları silah buraxmağa çağırışının oxunulmasından sonra yaşananlardan danışıb.

T.Bakırhanın sözlərinə görə, sözügedən çağırışdan bir dəqiqə sonra Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ona zəng edib:

"Mətbuat konfransından sonra Baxçalı mənə zəng edib, təbrik etdi. O, "Rahat olun, bu ölkəni birlikdə demokratikləşdirəcəyik. Demokratiya üçün nə lazımdırsa, edəcəyik. Mən eyni mövqedəyəm. Demokratiya üçün nə lazımdırsa, etməyə hazıram" dedi".

Избранный
61
cebheinfo.az

1Источники