Məşhur italyan mütəxəssis Fabio Kapello “Milan” və “Yuventus”un mövsümün qalan hissəsi üçün iddiaları haqda qənaətini açıqlayıb.
Arena.az Kapellonun bu barədə fikrini təqdim edir:
“UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə? İki yarım yer artıq tutulub, dördüncü pilləni tutmaq üçün mübarizə başlayır. Bu, iddialı alış-veriş etmiş “Yuventus” və “Milan” kimi klublar üçün ən azıdır”, deyə Kapello vurğulayb.
Fabio Kapello “Yuventus”un uğursuzluqlarına da toxunub:
“Rəhbərlik tərəfindən xətalar var, məhz Cuntolinin də (Kristiano Cuntoli, “Yuventus”un idman direktoru – redaktorun qeydi). Biz elə, həmişə Motta haqqında danışırıq, amma mən hesab edirəm ki, bu uğursuzluqlarda Cuntolinin də payı var”, deyə Kapello vurğulayıb.
Xatırladaq ki, hazırda İtaliya A Seriyasında 26 turdan sonra 57 xala malik “İnter” vahid liderdir. “Napoli” 56 xalla ikinci, “Atalanta” isə 54 xalla üçüncüdür. “Yuventus” 49 xalla 4-cü pillədə qərarlaşıb. “Latsio”nun 47, “Fiorentina”nın 45, “Bolonya”nın 44 xalı var. “Milan” isə 41 xalla 8-ci pillədə qərarlaşıb və UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansları elə də yüksək qiymətləndirilmir