RU

"Əl-Nəsr" Ronaldoya görə Tehrana getmək istəmir

"Əl-Nəsr" Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin İran təmsilçisi “İstiqlal”la oyunu Tehrandan neytral yerə keçirməyi xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Buna səbəb Səudiyyə klubunun kapitanı Kriştianu Ronaldo olub. 2023-cü ilin sentyabrında “Əl-Nəsr” Tehranda “Persepolis”lə qarşılaşıb (2:0). Həmin vaxt yerli polis portuqaliyalı ulduzun qaldığı otelə soxulmağa çalışan azarkeş kütləsini dağıtmalı olub. Bu da klub daxilində narahatlığa səbəb olub.

Mənbənin məlumatına görə, Asiya Futbol Konfederasiyası Səudiyyə klubunun tələbini rədd edib. Qarşılaşma martın 3-də Tehranın “Azadi” stadionunda baş tutacaq.

Избранный
116
7
publika.az

7Источники