RU

Xəzərdə gəmilər lövbər dayanacaqlarına göndərildi

Xəzər dənizində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Dəniz Nəqliyyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının gəmiləri lövbər dayanacaqlarına və sığınacaqlara göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ASCO-dan məlumat verilib.

“Onların fəaliyyətlərinin axşam saatlarında bərpa ediləcəyi gözlənilir”, – ASCO-dan bildirlib.

Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında – 4, Aran rayonlarında – 3, Naxçıvan MR-da – 10, dağlıq rayonlarda isə – 20 dərəcəyədək şaxta qeydə alınıb.

Избранный
22
8
konkret.az

10Источники