RU

İlon Mask 14-cü dəfə ata oldu

Amerikalı milyarder və “Tesla” şirkətinin rəhbəri İlon Mask 14-cü dəfə ata olub.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, “Neuralink” korporasiyasının top meneceri Şivon Zilis ondan dördüncü uşağını dünyaya gətirib.

O, şəxsi bloqunda etdiyi paylaşımda körpəyə Seldon Likurq adının verildiyi qeyd edib.

Uşaq Mask-Zilis cütlüyünün dördüncü övladı olub.

Qeyd edək ki, Mask isə ümumilikdə artıq 14-cü dəfə ata olub. Onun başqa qadınlardan da uşaqları var.

Избранный
70
axar.az

1Источники