Bakı. Trend:
Dünya Bankı Azərbaycanın iqtisadi artımının 2025-2029-cu illərərzində orta hesabla 2.3 faiz səviyyəsində qalacağınıproqnozlaşdırır.
Trend xəbər verirki, aşağıdakı cədvəldə 2020-2029-cu illər ərzində daimi bazarqiymətləri şəraitində real ÜDM (faizlə ifadəsi) artımı ilə bağlıproqnozlar və qiymətləndirmələr əksini tapıb.
İl | 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 | 2026 | 2027 | 2028 | 2029 |
---|---|---|---|---|---|---|---|---|---|---|
ÜDM(%) | -4.2 | 5.6 | 4.7 | 1.1 | 2.3 | 2.4 | 2.4 | 2.3 | 2.2 | 2.2 |
“Neft hasilatının, əsas neft yatağının köhnəlməsi səbəbindənazalmaqda davam edəcəyi ehtimal olunur, hərçənd təbii qaz hasilatı2024–2025-ci illərdə pik həddinə çatdıqdan sonra sabitləşəcək.Qeyri-xammal sektorlarında iqtisadi artımın, əsasən, xidmət sahəsivə dövlətin əhəmiyyətli investisiyaları ilə stimullaşdırılantikinti sektorunun hesabına təxminən 4 faiz olacağıproqnozlaşdırılır", – deyə Dünya Bankı qeyd edib.
Dünya Bankı, eyni zamanda, ortamüddətli perspektivdəAzərbaycanın xarici və büdcə mövqelərinin müsbət qalacağınıproqnozlaşdırır, lakin profisitlər hasilatın azalması ilə əlaqədarkarbohidrogen sektoru gəlirlərindəki düşüşlərin təsiri altındaazala bilər.
Bununla belə proqnozlara xarici risklər və qeyri-müəyyənlik ,həmçinin, aşağıdakı göstərilən faktorlar təsir edə bilər.
- regional münaqişələrin təkamülü
- qlobal iqtisadiyyatda dəyişiklik
- iqlimlə bağlı ekstremal hadisələrin yaratdığı fəsadlar.
X: @Lyaman_Zeyn