RU

Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Ağdam rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Azreform.info -ın Report-a istinadən məlumata görə, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçərkən 21 yaşlı Elcan Şirəliyev idarə etdiyi "Prado" markalı avtomobillə onu vurub.

Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Ələmdar Həsənov təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Lakin həkimlərin səyinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
113
50
azreform.info

10Источники