RU

“Ukraynanın 6 aylıq müharibə üçün kifayət qədər resursları var” - Hərbi analitik

Fevralın 28-də Ağ Evdə ABŞ və Ukrayna liderləri arasında baş verən qarşıdurmadan sonra Vaşinqtonun Kiyevə hərbi dəstəyinin tam dayandırılacağı gündəmə gəlib.

ABŞ mediası yazır ki, Prezident Tramp özünü təhqir olunmuş hiss edir və yaxın dövrlərdə münasibətlərin bərpası mümkün deyil.

Bu gün yayılan xəbərlərə görə, artıq Birləşmiş Ştatlar Ukraynanın enerji sektorunun bərpasına ayırdığı 100 milyon dollar yardımı dayandırıb.

Yaxın günlərdə Pentaqonun xətti ilə Ukraynaya çatdırılan hərbi yardımların da kəsiləcəyi barədə iddialar var. Əgər Ağ Ev bu addımı atarsa, Ukrayna Rusiya ordusu qarşısında nə qədər tab gətirə bilər?

Hərbi analitik Aqil Rüstəmzadə vəziyyətin o qədər də kritik olmadığını düşünür. Onun sözlərinə görə, ABŞ-nin bütün hərbi yardımı dayansa, Ukraynanın 6 aylıq müharibə üçün kifayət qədər resursları var.

“ABŞ-ın yardımı çox vacibdir, amma kritik deyil”, - o, vurğulayıb.

“AzPolitika.info”

Избранный
81
azpolitika.info

1Источники