RU

"Garance" 4 nəfərin həyatına son qoydu

Fransanın Hind okeanındakı müstəmləkəsi olan La Reunion adasında "Garance" qasırğası nəticəsində ölənlərin sayının 4-ə yüksəldiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, La Reunion Qubernatorluğunun "X" hesabında edilən açıqlamaya görə, “Garance” qasırğası nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.

Adada 160 min ev elektriksiz, 310 min evə susuz, 139 min ailə isə internetsiz qalıb. 

Qasırğaya görə 953 nəfər sığınacaq mərkəzlərinə yerləşdirilib.

Qubernatorluq ada sakinlərini diqqətli olmalarını və səyahətləri məhdudlaşdırmalarını istəyib.

Избранный
67
cebheinfo.az

1Источники