RU

AZƏRTAC-ıntransmilli media və beynəlxalq informasiya sistemində yeri və rolu

AZƏRTAC, Azərbaycanın Dövlət İnformasiya Agentliyi olaraq, beynəlxalq aləmdə, dünya informasiya sistemində mühüm rol oynayır və transmilli media mühitində əhəmiyyətli yer tutur. Agentlik, həm daxili, həm də beynəlxalq informasiya mübadiləsində Azərbaycanın mövqeyini gücləndirmək istiqamətində fəaliyyət göstərir. Transmilli media ilə əlaqələrini davam etdirərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasını və əhəmiyyətini artırmağa xidmət edir, ölkənin informasiya siyasətində və beynəlxalq əlaqələrində mühüm rol oynayır.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “AZƏRTAC-ıntransmilli media və beynəlxalq informasiya sistemində yeri və rolu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

AZƏRTAC, Azərbaycanın beynəlxalq münasibətlərdəki fəallığını və diplomatik uğurlarını geniş auditoriyaya çatdırmaq məqsədilə müxtəlif beynəlxalq media qurumları ilə əməkdaşlıq edir. Məsələn, fevral ayında Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurmuşdur. AZƏRTAC, bu görüşlər barədə ətraflı məlumatlar yayımlayaraq, Azərbaycanın beynəlxalq nüfuzunu artırmağa xidmət etmişdir.

Bundan əlavə, Bakıda keçirilən beynəlxalq konfranslarda Azərtacın iştirakı və məlumat yayımı, Azərbaycanın qlobal məsələlərdəki mövqeyini gücləndirir.Məsələn, "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda AZƏRTAC-ın məlumatları, Azərbaycanın bu sahədəki fəallığını dünya ictimaiyyətinə təqdim etmişdir.

Azərtacın beynəlxalq media qurumları ilə əməkdaşlığı və qlobal məsələlərdəki fəallığı, Azərbaycanın dünya mediasında daha geniş təmsil olunmasına və ölkəmizin mövqeyinin gücləndirilməsinə xidmət edir.

Ümumiyyətlə, AZƏRTAC-ın dünya media sistemindəki rolu çoxaspektlidir.Agentlik beynəlxalq əməkldaşlıq, qlobal məsələlərdə iştirak, transmilli informasiya yayımı, dünyanın aparıcı informasiya agentlikləri ilə əlaqə kimi çoxspektli funksiyaları yerinə yetirir.

Beynəlxalq əməkdaşlıq: Azərtac, bir sıra beynəlxalq informasiya agentlikləri ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. Bu əməkdaşlıq, Azərbaycanın mövqeyini dünya mediasında tanıtmaq və ölkənin beynəlxalq siyasətini daha geniş auditoriyaya çatdırmaq məqsədini güdür.

Qlobal məsələlərdə iştirak:Azərtac, beynəlxalq tədbirlər, konfranslar və forumlarda iştirak edərək Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə təqdim edir. Bu tədbirlər vasitəsilə, Azərbaycanın qlobal məsələlərdəki fəallığı dünya media sistemində daha geniş işıqlandırılır.

Transmilli informasiya yayımı: Azərtac, müxtəlif dillərdə məlumatlar yayaraq, müxtəlif ölkələrdəki oxuculara çatdırır. Bu, Azərbaycanın beynəlxalq əlaqələrini və müasir media mühitindəki rolunu daha da gücləndirir.

Beynəlxalq informasiya agentlikləri ilə qarşılıqlı əlaqə: Azərtac, müxtəlif transmilli xəbər agentlikləri ilə sıx əməkdaşlıq edir və müasir media sistemində Azərbaycanın mövqeyini daha geniş auditoriyaya çatdırmaq üçün bir çox platformalardan istifadə edir.

AZƏRTAC transmilli media sistemində Azərbaycanın səsini yüksəltmək və beynəlxalq arenada daha güclü təmsil olunmasına yönəlmiş bir çox fəaliyyətləri ilə tanınır. AZƏRTAC, 1920-ci ildən fəaliyyətə başladığı gündən bu günə kimi Azərbaycan Respublikasının dövlət xəbərləri, informasiya siyasəti və mədəniyyət məsələlərində vacib rol oynayıb. Azərbaycanın müstəqilliyinin, inkişafının və xarici əlaqələrinin məlumatlandırılmasında əsas vasitəçi olub. Hazırda AZƏRTAC dövlət informasiya agentliyi olaraq, ölkə və dünya xəbərlərini, eləcə də Azərbaycanın beynəlxalq əlaqələrini düzgün, operativ və etibarlı şəkildə yayımlamaqdır.

Agentlik yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini gücləndirmək məqsədilə fəaliyyət göstərir. Dünya informasiya sistemində AZƏTAC-ın yeri bir neçə əsas sahədə özünü göstərir:

Rəsmi informasiyaların etibarlı mənbəəsi: AZƏRTAC Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanlarını işıqlandıran, ölkə başçısının rəsmi görüşləri və səfərləri ilə bağlı operativ məlumat yayımlayan dünya media sistemində etibarlı, əhəmiyyətli informasiya platformasıdır.

Etibarlılıq və objektivlik: AZƏRTAC, dövlət agentliyi olaraq ölkə siyasətinin müəyyən etdiyi prinsip və dəyərləri əks etdirir. Bu, AZƏRTAC-ın beynəlxalq media sistemində xüsusi yer tutmasını təmin edir, çünki o, Azərbaycanın dövlət siyasətini və mövqeyini izləyicilərinə düzgün çatdırır.

Избранный
68
3
aznews.az

3Источники