RU

Kimlər oruc tuta bilməz?

Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif qocalar oruc tutmamaqda güzəştlidirlər.

Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev bildirib.

O bildirib ki, hamilə qadınlar sonrakı vaxtlarda qəza tutmalıdırlar.

“Sağlam insanlara isə oruc tutmaq mütləqdir, amma 10 gün və ya 10 gündən az müddətdə səfərə gedəcək insanlar da həmin günlərdə oruc tutmamalıdır. Onlar Ramazan ayından sonrakı vaxtlarda qəza oruclarını tuta bilərlər. 10 gündən çox başqa bir yerdə səfərdə olanlar isə oruc tutmağa mükəlləfdirlər”, - deyə o vurğulayıb.

Fuad Nurullayevin sözlərinə görə, Rəcəb və Şaban ayları Ramazana hazırlıq kimi qiymətləndirilir.

“Bir çox möminlər oruca həmin aylardan başlayırlar. Şaban ayından Ramazan ayına oruclu olaraq keçən şəxsə böyük savab yazılır. Şaban ayının sonuncu günü oruc tutub Ramazan ayına oruclu daxil olan insana Allah 1 ayın savab yazır”.

İlahiyyatçı alim hesab edir ki, müsəlman dünyası Ramazan ayından layiqincə bəhrələnməlidir, çünki bu ay dua, zikr ayıdır.

Избранный
47
8
publika.az

9Источники