RU

Azərbaycanda ilk dəfə Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı başlayır

4-9 mart 2025-ci il tarixlərində ölkəmizdə ilk dəfə baş tutacaq Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının ilk günü Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin bəstəkarın mahnılarından ibarət konsert proqramı keçiriləcək. 

Festivalın təntənəli açılışı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə baş tutacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Избранный
61
4
milli.az

10Источники