"Barselona" klubu itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, Andreas Kristensen yenə zədələnib. Danimarkalı müdafiəçi bugünkü məşqi əzələsindəki narahatlıq səbəbindən yarımçıq qoyub. Bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flik açıqlama verib. 

İspaniya mətbuatında Kristensenin 3-4 həftəlik sıradan çıxdığı bildirilir. Mövsümün əvvəlindən zədələnən 28 yaşlı futbolçu cari mövsüm La Liqada cəmi 1 oyuna çıxıb.

Qeyd edək ki, "Barselona" sabah Bakı vaxtı ilə saat 19:45-də "Real Sosyedad"la üz-üzə gələcək.