2024-cü ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərmiş və həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55,0 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunmuşdur.
Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilmişdir.
// APress.az