Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) qapıçılarla bağlı yeni qayda qəbul edib.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yeni qaydaya əsasən, əgər qapıçı topu əlində 8 saniyədən çox saxlasa, rəqib komandanın xeyrinə künc zərbəsi təyin olunacaq. Bu qayda növbəti mövsümdən qüvvəyə minəcək.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən, qapıçı topu əlində 6 saniyədən çox saxlaya bilməsə də, oyun zamanı buna çox diqqət ayrılmırdı. Buna görə cəza verildiyi təqdirdə qapıçıya sarı vərəqə göstərilirdi, ya da rəqib komandanın xeyrinə sərbəst zərbə təyin olunurdu.