RU

“Yazırlar ki, qocalmısan” - Xoşqədəm

“Bəzən “Instagram”da, “TikTok”da canlı yayım açıram. Mənə orada yazırlar ki, qocalmısan. Oxuyuram, gülmək məni tutur. Onlar mənə “qocalmısan” deməklə öz aləmindən düşünürlər ki, bundan mən depressiyaya düşəcəyəm”.

News24.az xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

Televiziya ulduzu bildirib ki, yaşının üstünə yaş gəlsə də belə bunu özünə dərd etmir:

“Mən dünyanın ən xoşbəxt insanıyam. Allah mənə hər il ömrümün üstünə daha bir il gəlməsinə icazə verir. Sağlam ömür… Sevdiklərim yanımdadır. Zaman yetişəcək mən də qocalacağam. Müdrükləşdikcə də Allahıma şükür edirəm. Yaşımın üstünə yaş gəldikcə də sevinirəm”./olay

Избранный
29
10
news24.az

10Источники