ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra yaranmış gərgin vəziyyət fonunda Almaniyanın xarici işlər naziri Annalena Berbok Bundestaqı Ukraynaya üç milyard avro məbləğində əlavə maliyyə yardımının ayrılmasını dərhal təsdiqləməyə çağırıb.
Publika.az xəbər verirm ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Berbok mətbuat konfransında verdiyi açıqlamada Ukraynaya dəstəyin artırılmasının vacibliyini vurğulayıb və parlamentdəki bütün demokratik fraksiyaları vəsaitlərin ayrılması ilə bağlı əvvəllər qoyulmuş bloku qaldırmağa çağırıb.
“Almaniya Ukraynaya dəstəyini bir daha artırmalıdır və dərhal. Mən Bundestaqda təmsil olunan bütün demokratik partiyaları əvvəllər bloklanmış Ukrayna üçün üç milyard avronun ayrılmasını təsdiqləməyə çağırıram”, – Baerbok bildirib.