Moskva “Lokomotiv”i müdafiəçisi Jerzino Nyamsi ilə tezliklə vidalaşa bilər.
Bizim.Media xəbər verir ki, fransız müdafiəçi karyerasını İtaliyada davam etdirə bilər.
“Fiorentina” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. Florensiya klubu mövsümün sonunda Nyamsini heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Jerzino Nyamsi “Lokomotiv”ə 1 il əvvəl “Strasburq”dan transfer olunub. Moskva klubu onun keçidi üçün 3,5 milyon avro ödəyib. Fransız futbolçu “Lokomotiv”in heyətində 32 matçda meydana çıxıb və 4 qol vurub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта