PSV-nin ispan mərkəz hücumçusu Lukas Peres ürəkparçalayan həyat tarixçəsi ilə futbol ictimaiyyətinin diqqətini cəlb edib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Peres, öz valideynləri ilə çətin münasibətindən danışıb.
36 yaşlı futbolçu onlar tərəfindən iki yaşında ikən uşaq evinə veriməsi haqda kədərlə söhbət açıb:
“Onlar məni uşaq evinə vermişdilər, iki yaşımda ikən, indi isə mənim pullarım üçün yanıma gəliblər. Mənim atam tələb edib ki, mən ona ömrünün sonuna qədər nəfəqə ödəyim. Mən PSV rəhbərliyinə bildirdim ki, əvvəlcə, mənə, bu fəsadları çözmək gərəkdir, klub da buna anlaşıqla yanaşdı”, deyə Peres bildirib.
Xatırladaq ki, PSV 36 yaşlı Lukas Pereslə cari ilin fevral ayında azad agent qismində tamhüquqlu müqavilə imzalayıb.
Karyerası boyunca Peres Madrid “Atletiko”sunun “C” komandasında, “Rayo Valyekano”da, həmçinin klubun “B” komandasında, Lvov “Karpatı”sında, Kiyev “Dinamo”sunda, PAOK, “Deportivo” (La-Korunya), “Arsenal”, “Vest Hem”, “Alaves”, “Elçe” və “Kadis”də çıxış edib.
Peresin son iş yeri La-Korunya “Deportivo”su olub.
Müxtəlif klublarda çıxışına rəğmən, Peres cəmi bir qənimət qazanıb – 2017-ci ildə “Arsenal”la İngiltərə Kubokunu.
Lukas Peres həmçinin heç bir milli komandaya cəlb edilməyib.
“Transfermarkt” internet-portalı 36 yaşlı hücumçunun trasnfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.