Gürcüstanın Marneuli şəhərində kikboksinq üzrə turnir təşkil olunub.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə kikboksinq üzrə turnir keçirilib.
Yarış “Azərbaycan Evi”nin idman zalında baş tutub.
Yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyev “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətində turnirə 150 idmançının qatıldığını deyib:
“Fevralın 27-də start götürən turnirə Gürcüstanın 13 regionundan 150 idmançı qatılıb. Yarışda 27 kq-dan 91 kq-a qədər çəki dərəcəsində, 10 yaşdan 18+ yaşadək idmançılar güclərini sınayıb. Azərbaycanlı və gürcü idmançılar arasında keçirilən qarşılaşmalar böyük maraqla izlənilib.