RU

Futbolda yenilik: Qapıçı oyunda...

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.

 

Qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.

 

Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.

 

Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.

 

Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi./APA

Tarix: 1 Mart 2025, 21:13   
Избранный
28
10
pravda.az

10Источники