RU

"Mançester Yunayted"in ulduzu İtaliya nəhənginə keçə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az "Deadlinedaylive"yə istinadən xəbər verir ki, "Milan" braziliyalı yarımmüdafiəçi ilə maraqlanır. İtaliya nəhənginin rəhbərliyi yay transfer pəncərəsi üçün əsas hədəflərindən biri kimi Kazemironu müəyyənləşdirib. İtaliya klubu artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Braziliyalının "qırmızı şeytanlar"la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. 33 yaşlı futbolçunun transfer dəyəri 12 milyon avro qiymətləndirilir. Cari Premyer Liqa mövsümündə Kazemiro 17 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Избранный
66
50
90deqiqe.az

10Источники