RU

"Esteqlal" ərəblərin Ronaldu ilə bağlı xahişini rədd etdi

Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldunun təhlükəsizliyinə görə cavabdehlik daşıyan xidmət orqanı portuqaliyalı superulduza Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa - İran "Esteqlal"ı ilə səfər matçına yollanmamağı tövsiyyə edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Varzesh3" yayıb.

Xəbərə görə, martın 3-də Tehranda baş tutacaq görüşlə bağlı narahatlıq Ronaldunun İrana əvvəlki səfəri zamanı onu görmək istəyən azarkeşlərin yaratdığı xaosdur. "Əl-Nəsr"in "Esteqlal"a rəsmi məktub göndərərək matçın neytral meydanda keçirilməsini xahiş etdiyi, lakin paytaxt klubunun qarşı tərəfə "yox" dediyi bildirilib. Farsların rədd cavabından sonra Ronaldunun İrana aparılmamaq ehtimalı barədə informasiyalar yayılıb.

Nihat

Избранный
33
fanat.az

1Источники