RU

Lənkəranda yük maşını çaya aşıb

Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lənkəranda yük maşını idarəetməni itirərək çaya aşıb.

Operativ Media xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadə idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə Girdəni-Havzava kənd yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 m hündürlükdən Girdəniçaya aşıb.

Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
33
2
operativmedia.az

3Источники