RU

Şirkət işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA

Innovative Business Products

Fullstack PHP/LARAVEL Proqramçı

Son tarix 28 mar 2025 - [email protected]

Texniki Tələblər
Proqramlaşdırma Prinsipləri:

  • Obyektyönlü Proqramlaşdırma (OOP) üzrə əsaslı bilik
  • SOLID prinsiplərini tətbiq etmə bacarığı
  • Domen-Yönlü Dizayn (DDD) haqqında məlumat
  • Modulyar Monolit arxitekturası ilə tanışlıq
  • REST API hazırlama və OAuth 2.0 əsasında autentifikasiya/avtorizasiya

Verilənlər Bazası:

  • MySQL/MariaDB ilə işləmə təcrübəsi
  • Mürəkkəb sorğuların yazılması, indeksləmə və optimallaşdırma bacarığı
  • Digər Texnologiyalar:
  • Git, PHPUnit, JavaScript/jQuery
  • Redis (keşləmə, sessiya idarəetməsi, pub/sub mexanizmləri)
  • Linux (əsas əmrlər, server inzibatçılığına giriş səviyyəsində bilik)

İş Təcrübəsi:

  • Laravel framework ilə minimum 3 illik praktiki iş təcrübəsi
  • PHP dilini yüksək səviyyədə bilmək
  • Laravel mühitində mid və ya senior səviyyədə fəaliyyət göstərə bilmək
  • Daha əvvəl Laravel əsasında real layihələr hazırlamış olmaq

Əlavə Üstünlüklər:

  • Next.js, NestJS, Tailwind CSS kimi müasir texnologiyalarla tanışlıq
  • CI/CD prosesləri və microservices arxitekturası ilə tanışlıq

İş Haqqında Məlumat

  • Yeni proqram təminatlarının hazırlanması
  • Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
  • Cari layihələrin davamlı inkişafı və optimallaşdırılması

Əmək Şəraiti və İmkanlar

  • Rəsmi Sənədləşmə: İşə qəbul əmək müqaviləsi əsasında həyata keçirilir.
  • İş Qrafiki: Həftə içi 5 iş günü; 09:00–18:00 və ya 10:00–19:00.

Ofis Mühiti:

  • Remote iş imkanı mövcud deyil, ofis plazada yerləşir.
  • Rahat iş şəraiti, yüksək səviyyəli (Premium/ThinkPad/PC/Mac) kompüter və əlavə monitor təmin olunur.

Overtime:

  • Əlavə iş saatları (overtime) adətən planlaşdırılmır.
  • Əgər yaranarsa, hər saat üçün əlavə ödəniş nəzərdə tutulur.

Müsahibə Prosesi:

  • Namizəd Laravel üzərində hazırlanmış ən azı bir real layihəsini təqdim etməlidir.

Əmək Haqqı: 2000 – 3000 AZN (Namizədin bilik və praktik təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir).

Избранный
50
fed.az

1Источники