RU

Ərdoğan PKK-ya xəbərdarlıq etdi

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhid Ailələri ilə İftar proqramında çıxışı zamanı Terorsuz Türkiyə mövzusu ilə bağlı bəzi açıqlamalar verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Ərdoğan açıqlama verən zaman PKK terror təşkilatına xəbərdarlıq edib.

"Əgər verilən sözlər yerinə yetirilməzsə, proses hansısa şəkildə vaxt uzatma, laqeyd yanaşma,,ad dəyişib öz bildiyini etmə kimi şərq hiylələri ilə sürdürülməyə çalışılarsa, artıq günah bizdən gedər",- deyə o qeyd edib.

Ərdoğan qeyd edib ki, hələ də davam edən antiterror əməliyyatlarını, lazım gələrsə, daş üstündə daş, çiyin üstündə baş qoymadan, sonuncu terrorçunu zərərsizləşdirənə qədər davam etdirəcəklərini bildirib.

"Bundan sonra nifrət, dava və gərginlik yerinə, qarşılıqlı hörmət və dialoqu əsas götürməyə davam edəcəyik. Ancaq uzatdığımız əlin havada qalsa dəmir yumruğumuzu hər zaman hazır tutacağıq",- deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, daha öncə PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.

"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm", - deyə Öcalanın mesajında qeyd olunub.

Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Избранный
72
27
turkic.world

10Источники