İranın Səravan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri silahlı şəxslər tərəfindən öldürülüblər.
Bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verilir.
Məlumata görə, Səravan şəhərində "Peugeot-405" markalı avtomobildə olan iki SEPAH üzvü silahlı şəxslərin bir neçə dəfə atəş açması ilə öldürülüb.
Öldürülənlərin Sadeq Mahmudi və Milad Damənkeş olduğu bildirilir.
Mənbə: oxu.az