NATO-nun Baş katibi Mark Rutte Ukrayna lideri Volodimir Zelenskini ABŞ Prezidenti Donald Trampla münasibətləri bərpa etməyə çağırıb.
Bu barədə BBC-yə müsahibəsində Baş katib özü açıqlama verib.
“Mən Zelenskiyə dedim ki, o, Donald Tramp və onun administrasiyası ilə münasibətləri bərpa etmək üçün bir yol tapmalıdır", - Rutte deyib.
Baş katib Ağ Evdəki qalmaqalı "təəssüf doğuran hadisə" adlandırıb.