RU

Liqa 1: PSJ “Lill”i 4 qolla məğlub etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Sent Etyen” – “Nitsa” matçında qonaqlar inamlı qələbəyə seviniblər. Yeddi qolluq “Lans” – “Havr” görüşü də ikincilərin çətin qələbəsiylə yekunlaşıb. Fransa çempionu PSJ isə bu dəfə “Lill”i doğma meydanda darmadağın edib.

24-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
27-cü tur
28 fevral

Monako – Reyms 3:0
Qollar: Bieret, 34; 39; 51.

1 mart

Sent Etyen – Nitsa 1:3
Qollar: Stassin, 32 – Rosario, 10. Nade, 52-öz qapısına. Gessan, 69.

Lans – Havr 3:4
Qollar: Əl-Aynaui, 3-pen. Aqilar, 19. Sotoka, 48 – Sumare, 28. Ayyu, 33. Kazimir, 62. A.Hassan, 90+1-pen.

PSJ – Lill 4:1
Qollar: Barkola, 6. Markinyos, 22. Dembele, 28. Due, 37.

2 mart

18:00. Olimpik (Lion) – Brest
20:15. Anje – Tuluza
20:15. Oser – Strasburq
20:15. Monpelye – Renn
23:45. Olimpik (Marsel) – Nant

Избранный
43
arena.az

1Источники