RU

Venesuela Qayana prezidentini regional münaqişəni qızışdırmaqda ittiham edir

Venesuela Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfan Əlini Ukrayna prezidenti Volodimir Zelenski ilə müqayisə edərək regional münaqişəni qızışdırmaq cəhdində ittiham edib.

İki sahil” xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının xarici işlər naziri İvan Gil Pintonun “Telegram”da yerləşdirilmiş hökumət kommünikesində bildirilib.

“İrfaan Əli təhlükəli təxribatlar vasitəsilə regionumuzda münaqişə yaratmaq üçün özünü Karib dənizinin Zelenskisi kimi təqdim edir”, - kommünikedə deyilir.

Sənəddə qeyd olunur ki, Venesuela Qayana Kooperativ Respublikasının prezidenti İrfaan Əlinin əsassız bəyanatlarını qəti şəkildə rədd edir. Venesuela Hərbi Dəniz Qüvvələri Qayananın ərazi sularını pozduğuğu iddia etsə də bu suların Qayana ərazisinin bir hissəsi olmadığını gizlədir. Çünki bu dəniz zonası beynəlxalq hüquqa əsasən delimitasiyaya məruz qalır”.

Venesuela Qayanadan iki ölkə arasında ərazi mübahisəsini tənzimləyən yeganə hüquqi mexanizm olan 1966-cı ildə imzalanmış Cenevrə sazişindən yayınmağı dayandırmağı tələb edir, - kommünikedə deyilir. Sənəddə uzun müddətdir davam edən ərazi mübahisəsinin həlli üçün Qayana ilə dərhal danışıqlara başlanılması tələb olunur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
57
ikisahil.az

1Источники