UFC-nin yüngül çəkidəki 3-cü reytinqli döyüşçüsü Castin Qeyci, Rafael Fiziyevlə revanşdan bir həftə əvvəl, əvvəlki döyüşündə Maks Holueyə nokaudla uduzduqdan sonra peşəkar karyerasını bitirəcəyini açıqlamışdı.

Offsideplus.az xəbər verir ki, sonradan bu fikrindən daşınan amerikalı yeni açıqlamaları ilə gündəmə gəlib. O, uduzduğu halda yenidən karyerasını bitirməyi düşünür:

"Belə getmək istəmirəm, amma bu təkrarlanarsa, düşünürəm ki, hər şey başa çatacaq. İnsan bədəni çox dözümlüdür, amma ona vaxt lazımdır. Mən altı ay fasilə verdim, bu müddət ərzində zərbələrdən qaçdım, və baxmayaraq ki, biz ən sərt döyüş növündə çıxış edirik, mən düşünmürəm ki, bu ən təhlükəli idman növüdür. Bədənə bu cür travmatik beyin zədələrindən sonra bərpa olmaq üçün vaxt vermək imkanı var, amma hər zərbə kritik ola bilər, bunu inkar etmək olmaz."

Qeyd edək ki, 9 martda Las-Veqasdakı UFC 313 tədbirində Caztin Qeyci, Dan Hokerlə döyüşməli idi. Lakin bu həftənin əvvəlində yeni zelandiyalı döyüşçü əlinin sındığını açıqlayaraq döyüşdən çəkildi. Onun yerinə revanşda azərbaycanlı Rafael Fiziyev çıxacaq.