RU

Bundesliqa: 24-cü turun ikinci oyun gününün bütün görüşlərində qonaq komandalar qələbə qazanıb

Bundesliqanın 24-cü turunun ikinci oyun günündə keçirilən altı görüşün hamısında qonaq komandalar qalib gəlib.

AZƏRTAC xəbər verir ki, günün mərkəzi qarşılaşmasında üçüncü sırada qərarlaşan “Ayntraxt Frankfurt” ikinci pillədə yer alan “Bayer Leverkuzen”i qəbul edib. Görüşdə qonaqlar 4:1 hesabı ilə qalib gəliblər. “Borussiya Dortmund” isə səfərdə “St Pauli”nin qapısından iki cavabsız top keçirib.

Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

“Leytsiq” – “Maynts” – 1:2

“Haydenhaym” – “Borussiya Münxenqladbax” – 0:3

“Verder Bremen” – “Volfsburq” – 1:2

“Boxum” – “Hoffenhaym” – 0:1

Qeyd edək ki, Bundesliqanın açılış matçında “Bavariya” səfərdə “Ştutqart”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Tura martın 2-də keçiriləcək “Union Berlin” – “Holstayn Kiel” və “Auqsburq” – “Frayburq” görüşləri ilə yekun vurulacaq.

“Bavariya” 61 xalla liderliyi uğurla davam etdirir. “Bayer Leverkuzen” 53 xalla ikinci, “Ayntraxt Frankfurt” 42 xalla üçüncüdür.

Избранный
14
3
yeniazerbaycan.com

4Источники