RU

UEFA “Qarabağ”ı cərimələdi

UEFA-nın İntizam Komitəsi “Qarabağ”ı cərimələyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Cəzaya Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”la matçda baş vermiş müxtəlif pozuntular səbəb olub. Ağdam təmsilçisi “komandanın intizamsız davranışına” görə 9 min avro cərimələnib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğdə cəzaya məruz qalıb.

Xatırladaq ki, sözügedən matç “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.

Qeyd edək ki, ötən ilin dekabr ayında UEFA “Qarabağ” klubunu 26000 avro cərimələyib.

Buna Azərbaycan çempionunun Bakıda “Ayaks”a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

 

“Köhlən atlar” “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro ödəyəcək.

Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.

UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. “Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular – Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.

Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində “Qarabağ”ı 28500 avro cərimələyib.

Избранный
145
7
azpost.info

10Источники