RU

Bu gün “Oskar” mükafatları təqdim ediləcək

Kino Sənətləri və Elmləri Akademiyasının səsverməsi nəticəsində bu gün Los-Anceles şəhərində keçiriləcək təqdimetmə mərasimində mükafatı aktrisa Qal Qadot təqdim edəcək.

Qeyd edək ki, elan edilən mükafat sahibləri arasında Hollivud ulduzları çoxdur. Harrison Ford, Semuel L. Cekson, Zoe Saldana, eləcə də “Qar qız” filminə Qadotla birlikdə çəkilən aktrisa Reyçel Zeqlerin də adı namizədlər siyahısındadır.

Q.Qadot belə bir mötəbər və çox təntənəli təqdimat mərasiminə artıq üçüncü dəfədir ki, qatılır. 2018-ci ildə isə aktrisa aktyor Armi Hammerlə birgə digər nominasiya üzrə “Ən yaxşı makiyaj və saç düzümü” işinə görə mükafat təqdim etmişdi. Aktrisa 2020-ci ildə Bri Larson və Siqni Uiver ilə birlikdə kinoakademiyanın keçirdiyi təntənəli mərasimdə “Ən yaxşı orijinal mahnı" mükafatlarını da təqdim edib.

XQ

Избранный
18
xalqqazeti.az

1Источники