RU

İsrail Qəzza zolağına humanitar yardımların buraxılmasını DAYANDIRDI

İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb və bütün keçid məntəqələrini bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

Qeyd olunub ki, buna səbəb HƏMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planından imtina etməsidir. HƏMAS Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifi qəbul etməyib.

Избранный
47
50
publika.az

10Источники