Bakı. Trend:
Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə fəaliyyətgöstərən orta məktəblərdə təşkil edilib
Trend xəbər verir ki, martın2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdətam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıkeçirib.
Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli , Şuşa 1 nömrəli ,Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib. İmtahanın idarəolunmasına ümumi rəhbər, imtahan rəhbəri, nəzarətçi-müəllim,buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İşğaldan azadolunan ərazilərdə Xankəndi, Şuşa və Xocalıda təşkil edilənkeçirilən imtahanlarda ümumilikdə 26 nəfər şagird iştirak edib.İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davamedir.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargahfəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqəsaxlanılır və imtahan prosesinin gedişi nəzarətdə olunur. Bütünbinalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin özbilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şəraityaradılıb.