RU

Qiymətləndirmə fəaliyyəti üçün ixtisas imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən Demokrat.az-a verilən xəbərə görə, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

İmtahanda 135 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 68 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.

Избранный
73
13
demokrat.az

10Источники