RU

Karlo Ançelotti “Betis”ə məğlubiyyət haqda: “Pis oyun idi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 26-cı turunda “Betis”lə səfər oyunundakı gözlənilməz məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, oyunda hesabı açmış “qaymaqlılar” bu üstünlüyünü əldən veriblər – yekunda “Betis” 2:1 hesablı əzmkar qələbəyə sevinib.

Karlo Ançelotti matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Pis bir oyun idi. Biz oyuna pis başlamadıq, amma ardınca fədakarlığımızın həmin səviyyəsini qoruyub-saxlamadıq. Biz, özümüzdən yaxşı oynayan və layiqli surətdə qələbə qazanmış komandaya qarşı oyunda nəzarəti əldən verdik… Bu, ağır zərbədir, buna qarşılıq verməyimiz gərəkdir. Mövsümün bu məqamında məğlub olmaq ağırdır, çünki bütün komandalar can qoyurlar, biz isə bu gün bunun öhdəsindən gələ bilmədik. Biz oyunların birinci hissəsində artıq xeyli qol buraxmışıq. Bu gün isə onların ilk qolu “Betis”ə oyuna qayıtmağa imkan verdi”, – “Marca” nəşri italyan mütəxəssisdən sitat gətirir.

Gözlənilməz məğlubiyyət “Real”a baha başa gəlib. “Kral klubu” İspaniya La Liqasının yarış cədvəlində “Barselona” ilə şərikli liderliyini əldən verib. 26 oyunan 54 xalla “Real” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Betis” isə 38 xalla 6-cı pillədədir.

La Liqaya 26 oyundan 56 xalla Madrid “Atletiko”su başçılıq edir. 25 oyundan 54 xal toplamış “Barselona” isə mümkün vahid lider qismində 2-ci pillədədir.

Избранный
12
arena.az

1Источники