RU

Hocsona çatıb 3-cü oldu

“Liverpul”un hücumçusu Məhəmməd Salah yeni uğura nail olub.

"Football-plus.az" xəbər verir ki, o, bunu premyer-liqanın 26-cı turunun “Mançester Siti” ilə matçında (2:0) qol vurmaqla bacarıb. Nəticədə 32 yaşlı hücumçu “Liverpul”da vurduğu qollarının sayını 241-ə çatdırıb. O, bununla da klubun ən yaxşı bombardirlərinin siyahısında 3-cü yerə çıxıb. Salah indi bu siyahıda Qordon Hocson ilə 3-cü yeri bölüşür.

Mersisaydlıların heyətində yalnız Rocer Hant (285 qol) və Yan Raş (346) daha çox qol vurublar. “Liverpul”un ən yaxşı 10 bombardirinin siyahısını nəzərinizə çatdırırıq:

1. Yan Raş 346
2. Rocer Hant 285
3-4. Qordon Hocson 241
3-4. Məhəmməd Salah 241
5. Billi Liddell 228
6. Stiven Cerrard 186
7. Robbi Fauler 183
8. Kenni Dalqliş 172
9. Maykl Ouen 158
10. Harri Çembers 151

Избранный
41
football-plus.az

1Источники