RU

Trampdan mühüm fərman: ABŞ tarixində ilk...

ABŞ Prezidenti Donald Tramp tarixdə ilk dəfə ingilis dilini ABŞ-ın rəsmi dili kimi təsdiqləyən fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Bildirilir ki, ingiliscə ölkədə ən çox danışılan dildir, lakin ABŞ-da heç vaxt rəsmi, federal səviyyədə tanınmayıb.

Tramp bu sərəncamı ilə sabiq prezident Bill Klintonun federal maliyyə alan hökumət və agentliklərdən ingiliscə bilməyənlərə dil dəstəyi verməsini tələb edən sərəncamını ləğv edib.

“İngilis dilinin rəsmi dil olması ünsiyyəti asanlaşdırmaqla yanaşı, daha səmərəli cəmiyyət təsis edəcək”, – qərarda deyilir.

Избранный
85
13
axar.az

10Источники