1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Tacikistanda parlamentin aşağı palatasına - Ali Məclisin Nümayəndələr Palatasına seçki keçirilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, seçici fəallığı 50%-dən çox olduğu üçün səsvermə baş tutmuş hesab edilir.
Yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 11:00) ölkədəki 3 513 seçki məntəqəsində seçicilərin 59%-i səsvermədə iştirak edib.
Xatırladaq ki, martın 2-də Tacikistanda parlamentin aşağı palatasına, eləcə də ölkənin vilayət, şəhər, rayon və kəndlərinin qanunvericilik orqanlarına seçki keçirilir.