RU

IFAB futbolda qapıçılar üçün yeni qayda qəbul etdi - Rəsmi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçıların oyun qaydalarına dəyişiklik edərək, “səkkiz saniyə qaydası”nı rəsmən qəbul edib.

Arena.az bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Şurasının rəsmi saytına istinadən məlumat verir.

Yeni qaydaya görə, əgər qapıçı topu əlində səkkiz saniyədən artıq tutub-saxlayarsa, bu halda rəqib künc zərbəsi vurmaq hüququ qazanır.

Yeni qayda 2025/2026-cı illər mövsümündən qüvvədə olacaq. Vurğulanır ki, yenilik sınaq müddəti ərzində səmərəliliyini sübut edib. Belə ki, qapıçıların vaxtı uzatması hallarına qarşı mübarizə vaxitəsi olaraq özünü doğruldub.

Yeni qaydaya əsasən, top qapıçının əlində ikən, hakim səkkiz saniyənin beşi ərzində vaxtı vizual olaraq hesablamağa mükəlləfdir.

Избранный
25
arena.az

1Источники