RU

"SoftBank" 16 mlrd. dollar kredit götürəcək - Yeni investisiya planları

"SoftBank Group"un baş icraçı direktoru Masayoşi Son süni intellektə (AI) sərmayə qoymaq üçün 16 mlrd. dollar kredit götürməyi planlaşdırır.

Valyuta.Az xəbər verir ki, bu barədə "The Information" saytı məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Hesabata görə, Yaponiyanın texnologiya investoru 2026-cı ilin əvvəlində əlavə 8 mlrd. dollar da borc ala bilər.

"Reuters" yanvar ayında "SoftBank"ın "ChatGPT"nin sahibi olan "OpenAI"a 25 mlrd. dollara qədər sərmayə qoymaq üçün danışıqlar apardığını bildirmişdi. 

Məlumata görə, "SoftBank" artıq "Stargate" layihəsinə 15 mlrd. dollar ayırıb.*  

"The Information" daha əvvəl "SoftBank"ın "Stargate" və "OpenAI"a ümumilikdə 40 mlrd. dollar sərmayə qoymağı planlaşdırdığını və şirkətin 18,5 mlrd. dollara qədər kredit götürmək üçün danışıqlara başladığını yazmışdı. Kredit şirkətin birjada ticarət olunan aktivləri ilə təmin ediləcək.  

"Stargate", "Oracle", "OpenAI" və "SoftBank"ın birgə təşəbbüsüdür və ABŞ-nin Çin və digər rəqibləri qarşısında süni intellekt sahəsində üstünlüyünü qorumasına kömək etmək üçün 500 mlrd. dollara qədər sərmayə yatırmağı planlaşdırır. 

Bu layihə yanvar ayında Ağ Evdə ABŞ Donald Tramp, "SoftBank"ın rəhbəri Masayoşi Son, "OpenAI"nin baş icraçı direktoru Sem Altman və "Oracle"ın sədri Lerri Ellison tərəfindən elan edilib.

Rəhim

Избранный
118
50
valyuta.az

10Источники